Dünən "Park INN Radisson"da internet və informasiya texnologiyaları üzrə peşəkar "NETTY2015" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə iri İT-şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.
Ölkə.Az informasiya portalı müsabiqənin "İnformasiya və xəbərlər" nominasiyasında "NETTY2015" Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb. Mükafat Ölkə.az xəbər saytının baş direktoru Məmməd Gülməmmədova təqdim olunub.
Virtual Jüri və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçı-saytların ümumi sayından 40-dan çox resurs seçilib. Qaliblər akademiyanın üzvləri daxili səsvermə əsasında hər nominasiya üzrə müəyyən ediliblər.
Qeyd edək ki, "NETTY" Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !