• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

İlin sonuna kimi orfoepiya lüğəti nəşr olunacaq - RƏSMİ

İlin sonuna kimi orfoepiya lüğəti nəşr olunacaq - RƏSMİ
21.02.2022 12:46
2022-ci ilin sonuna kimi Azərbaycan dilində sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğəti hazırlanacaq, bunu anews.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu mətbuat katibi Tərana Şükürlü deyib.
 
"Hazırda kitabın üzərində işlər gedir. Hərflər alimlər arasında bölüşdürülüb.Müstəqillik illərində Azərbaycanda orfoepiya lüğəti çap olunmayıb. Sonuncu çap 1980-ci illərə təsadüf edir. 2021-ci il 18 iyul normaları təsdiq olunduqdan sonra kitabın nəşr olunması üzrə proses davam etdirilir və bu ilin sonuna kimi nəşr olunması planlaşdırılır", deyə mətbuat katibi qeyd edib.
 
Bəs orfoepiya lüğətində hansı normalara fikir vermək lazımdır?
 
Jurnalist,publilist,filologiya elmləri doktoru,AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli hesab edir ki, bu lüğəti hazırlayarkən bu sahəni yaxşı bilən mütəxəssislərlə məsələhətləşmək lazımdır.

 "Azərbaycanda sonun orfoepiya lüğəti 50 il bundan qabaq hazırlanıb. Bu kitabın yenidən nəşr olunması çox yaxşı haldır. Sonuncu orfoepiya lüğətində bəzi sözlərin tələffüzündə ciddi problemlər var idi. Elə sözlər var ki, o sözlərin tələffüzü sabitləşib. Məsələn müəllim,müalicə,Müavin,teatr kimi sözlərin tələffüzü sabitləşib. Dilçilər isə deyir ki, bu sözlər yazıldığı kimi də tələffüz olunsun.Lüğəti hazırlayan adamlardan əsas tələb oldur ki, dilin üzərində düzgün iş aparsınlar,özlərindən normalar müəyyən etməsinlər.Müzakirələr zamanı orfoepiya,orfoponiya,nitq üzrə dilçilər, tanınmış dilçi aparıcılar, teatr xadimlərinin də fikirlərini almaq məqsədəuyğundur", deyə Qulu Məhərrəmli bildirib. 

Orfoepiya dilçilik elminin ədəbi dilin tələffüz normaları və qayda-qanunlarından bəhs edən bir bölməsidir. Yeri gəlmişkən, vurğulayaq ki, orfoepiya sözü yunanca "düzgün”, "dürüst” mənasında olan "orthos” sözü ilə "danışıq”, "nitq” mənasında olan "eros” sözünün birləşməsindən əmələ gələn bir termindir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol