İlin sonuna qədər Xocavəndə 53 ailənin köçürülməsi nəzərdə tutulub

11:00 | 28.06.2024
İlin sonuna qədər Xocavəndə 53 ailənin köçürülməsi nəzərdə tutulub

İlin sonuna qədər Xocavəndə 53 ailənin köçürülməsi nəzərdə tutulub

İlin sonuna qədər Xocavəndə 53 ailənin köçürülməsi nəzərdə tutulub. Bunu Prezidentin Ağdam,Füzuli Xocavənddən olan xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Hüseynov həmçinin vurğulayıb ki, hazırda Ağdamda 66 binanın tikintisinə başlanılıb.

Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
Prezident İlham Əliyev oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 

 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM