Azərbaycanın füsunkar guşələrindən biridir İlisu. Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmük çayı sahilində yerləşən bu qədim yaşayış massivində yerli azərbaycanlılarla birgə Dağıstanın Saxur rayonundan köç edən saxurlular məskunlaşıblar.
İlisu - elə bir yerdir ki, təbiətin bütün elementləri burada həmahənglik təşkil edir - çay, dağlar, dərələr, çəmənliklər, qayalıqlar. Ən əsası isə burada yaşayan insan kəndin qədimliyini ən gözəl nümunələri ilə birgə qoruyub, bunu bir vətəndaşlıq borcu olaraq həyata keçirib. İlisunun hər küçəsində, hər tinində tarixiliyin, əsirlərin o biri tayından boylanan qədimliyin faktına rast gəlmək mümkündür.
Hər bir azərbaycanlı bu yerlər görməli, bilməli, eyni zamanda əcnəbilərə, dünyaya tanıtmalıdır.
Xəbər portalı ANN.Az əməkdaşı Samir Ələkbərovun İlisu kəndindən hazırladığı fotosessiyanı oxuculara təqdim edirik.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !