"Birinci növbədə daha çox tələbat olan dərmanların vahid qiymətinin müəyyən olunması nəzərdə tutulub. Təxminən 4.500 adda dərman vasitəsi dövlət qeydiyyatından keçib”.
APA-nın xəbərinə görə, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib.
İ. Məcidov bildirib ki, dərman vasitələrinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət olunmalıdır: "Səhiyyə Nazirliyi dərmanları dövlət qeydiyyatına alır, dərmanlar dövlət reyestrinə daxil edilir. Daha sonra idxala icazə verən qeydiyyat vəsiqəsi verilir".
Qeyd edək ki, iyunun 9-dan etibarən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !