İlkin Süleymanovun cəzasının ağırlaşdırılması istənilib

18:32 | 22.05.2024
İlkin Süleymanovun cəzasının ağırlaşdırılması istənilib

İlkin Süleymanovun cəzasının ağırlaşdırılması istənilib

Prokuror Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarının qüvvədə saxlanmasını istəyib. Bu barədə məhkəmədən bildirilib.

Məlumata görə, zərərçəkmiş tərəfin vəkili isə təqsirləndirilən İlkin Süleymanova verilən cəzanın ağırlaşdırılmasını istəyib.

Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.
 
İlkin Süleymanov iyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Prokuror İlkin Süleymanovun 20 il həbs cəzası istəmişdi.

2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayət işi üzrə təqsirləndirilən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
 
Aytac
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM