• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

İmamoğluna qarşı yeni istintaq başladılıb

İmamoğluna qarşı yeni istintaq başladılıb
27.01.2025 18:47
İstanbul Prokurorluğu Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən İstanbul meri Əkrəm İmamoğlu barəsində yeni istintaqa başlayıb. Bu barədə türk mediası xəbər yayıb.
 
İstintaqın başlanması İmamoğlunun mətbuat konfransı keçirməsindən cəmi yarım saat sonra elan edilib.

İstintaq Türkiyə Cinayət Məcəlləsinin "İstintaqa, ekspertə və ya vəzifəsini yerinə yetirən şahidə təsir göstərmək” maddəsi üzrə aparılır.

İstanbul Baş Prokurorluğu, İmamoğlunun bəyanatlarını CHP-yə və onun yerli idarəetmədəki nümayəndələrinə qarşı "satılmış ekspert" tərəfindən saxta hesabatlar hazırlanması ittihamı kimi dəyərləndirib.

Ötən həftə isə İmamoğlu barəsində stanbul Baş Prokuroru və onun ailəsi ilə bağlı səsləndirdiyi fikirlərə görə, ayrıca istintaq başladılıb. 

İmamoğlu 2022-ci ilin dekabrında Türkiyə Mərkəzi Seçki Komissiyasının üzvlərini təhqir etməkdə ittiham olunaraq 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. 

Bu qərar apellyasiya şikayəti əsasında yenidən məhkəmə baxışındadır.

İmamoğlu 2019-cu ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəridir və ötən ilin martında keçirilən yerli seçkilərdə yenidən bu vəzifəyə seçilib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İsrail Dəməşqə zərbələr endirib
Dünya 15:40
İsrail Dəməşqə zərbələr endirib
Tehran və Vaşinqton danışıqlar aparır
Dünya 15:28
Tehran və Vaşinqton danışıqlar aparır
TikTok yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək
Dünya 15:07
TikTok yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək
İran İsrailin Qəzzaya pilotsuz təyyarələrlə hücum etdiyini bildirib
Dünya 13:51
İran İsrailin Qəzzaya pilotsuz təyyarələrlə hücum etdiyini bildirib
Ərdoğan Rusiya Ukrayna münasibətlərində dəstək olmağa hazır olduğunu bəyan edib
Dünya 12:54
Ərdoğan Rusiya Ukrayna münasibətlərində dəstək olmağa hazır olduğunu bəyan edib
Rusiyada satılan hər üçüncü telefon saxta çıxıb
Dünya 12:46
Rusiyada satılan hər üçüncü telefon saxta çıxıb
Putin bu gün Ukrayna məsələsindən danışa bilər
Dünya 08:37
Putin bu gün Ukrayna məsələsindən danışa bilər
Putin Kurska səfər edib - Video
Dünya 23:30
Putin Kurska səfər edib - Video
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Dünya 22:51
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol