İmişlidə yol tikintisinə 15,8 milyon manat vəsait ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,8 milyon manat ayrılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər