Çin dənizin altında ABŞ-ı geridə qoydu

17:25 | 26.02.2015
Çin dənizin altında ABŞ-ı geridə qoydu

Çin dənizin altında ABŞ-ı geridə qoydu

Çin donanmasında dizel və nüvə hücumlu sualtı gəmilərin sayı ABŞ sualtı gəmilərinin sayını ötüb.
 
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ Donanmasının admiralı Cozef Mulloy ABŞ Senatındakı çıxışında Çinin ABŞ-dan daha çox sualtı gəmiyə sahib olduğunu deyib. Amerikalı admiral bu sualtı gəmilərin bəziləri haqqında "inanılmaz" ifadəsini işlədib və Pekinin dənizüstü və dənizaltı gücünün bundan sonra da artırmağın yollarını axtardığını bildirib.
 
Admiral Cozef Mulloy açıqlamasında deyib: "Bəlkə eyni gücə malik deyil, ancaq Çinin sualtı qüvvələrinin inkişafının sürəti inanılmazdır. Onlar hazırda bizim sahib olduğumuz dizel və nüvəli sualtı gəmilərdən daha çox sualtı gəmiyə sahibdirlər. Hazırda inanılmaz yaxşı sualtı gəmilər istehsal edirlər və istehsal etdiklərini də dənizaltında yerləşdirirlər".
 
Mulloy Senatda son illərdə Çinin Hind okeanında ən az 3 sualtı gəmi yerləşdirdiyini deyib. Admiral həmçinin "Onlar 95 gün sürəcək bir missiya boyu strateji raketlər buraxma gücünə malikdir"  deyə bildirib.
 
Nüvə silahlı sualtı gəmi ilə bağlı admiral Mulloy vurğulayıb: "Hazırda nüvə silahına malik olduqlarını hesab etmirik. Ancaq onların yeni raketlər istehsal etdiklərini və onları test etdiklərini bilirik". 

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM