Çin İlon Maskın Starlinkini məhv etməyi planlaşdırır

21:24 | 27.02.2023
Çin İlon Maskın Starlinkini məhv etməyi planlaşdırır

Çin İlon Maskın Starlinkini məhv etməyi planlaşdırır

Çin İlon Maskın Starlink proqramı ilə rəqabət aparmaq və öz internet xidmətini təmin etmək üçün aşağı Yer orbitində 13 minə yaxın peyk yerləşdirməyi planlaşdırır.

South China Morning Post qəzetinin məlumatına görə, Çin Xalq Azadlıq Ordusu (PLA) mühəndisləri yeni yaradılmış China Satellite Network Group Co şirkətinə məxsus 12 992 peykdən ibarət GW kod adlı peyklər bürcü yaratmağı planlaşdırır.

Çin peyklərinin buraxılış tarixi hələlik verilməsə də, nəşr göstərir ki, Səma İmperiyasının cihazları Starlink-i "basdıra" bilmək üçün lazer və mikrodalğalı silahlarla təchiz edilə bilər.

SpaceX-də artıq 3500-ə yaxın peyk fəaliyyətdədir, şirkət 2027-ci ilə qədər orbitə 12 000 peyk yerləşdirməyi planlaşdırır və orbital cihazların yekun sayı 40 000 olacaq.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM