İki ölkə arasında inkişaf edən əlaqələr nəticəsində Çin sahibkarları Rusiyada 49 illik böyük əraziləri icarəyə götürüb və bir çox əmlakı satın alıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Best Novobud" inşaat şirkətinin idarə heyətinin sədri İrina Dobroxotova məlumat verib. O, Çin vətəndaşlarının Moskvadakı dairələri aktiv olaraq satın almağa başladığını deyib. O, çinlilərin əsasən yeni tikilən binalarda qiymətləri o qədər də bahalı olmayan daşınmaz əmlak aldıqlarını qeyd edib.
Dobroxotova "şərq ölkələrindən nə qədər əcnəbilərin yeni inşa edilən binalarda mənzilləri satın aldıqlarını bilirsnizmi? Çinlilər alırlar. Onlar çox bahalı olmayan, orta büdcəli, 110 min dollarlıq dairələr alırlar. Amma əvvəlllər belə bir fakt olmayıb" - deyib.
Bundan əvvəl də Çin şirkətlərinin Sibir ərazisində 115 min hektarlıq ərazi üçün Rusiya rəsmiləri ilə görüşməsi haqqında xəbərlər dərc olunmuşdu. Hətta bəzi şirkətlərin razılığı alındığı da deyilirdi. Zabaykalye vilayətinin rəsmilərinin açıqlamalarına görə, "Huae Sinbo" şirkətinin bu mövzuda təklifi 448 milyon dollar dəyərindədir. Yerli medianın yazdığına görə, artıq bu şirkətlə 49 illik müqavilə də imzalanıb.
Vilayət rəhbəri Konstantin İlkovski bu 1 il ərzində qiymətlər və icarə haqqında müqavilənin şərtlərini hazırlayacaqlarını deyib.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !