İnanmıram ki, brolyer toyuqlarının şişirdilib satılması aradan qalxacaq - Deputat

14:19 | 18.04.2024
İnanmıram ki, brolyer toyuqlarının şişirdilib satılması aradan qalxacaq - Deputat

İnanmıram ki, brolyer toyuqlarının şişirdilib satılması aradan qalxacaq - Deputat

Qida ilə bəzi problemlərin həll olunacağı inandırıcı deyil. Bunu deputat Tahir Kərimli deyib.
 
"Mən inanmıram ki, quşçuluq məhsulları olan broller toyuqlarının şişirdilib satılması aradan qalxacaq. Parkinklərdə məhsulu tez satmaq üçün ona çoxlu dərmanlar vurulur. Toylarda köhnədən qalan yeməklər təzə kimi camaatın qabağına qoyulur. Mağazalarda köhnə məhsullar üzərində tariixi dəyişdirilməklə yenidən satışa çıxarılır. Mən inanmıram ki, bu problemlər aradan qalxacaq", - deputat aprelin 18-də parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. 
 
Deputat vurğulayıb ki, ölkəyə xaricdən soğan idxal olunduğu halda ölkə daxilində yetişdirilən soğan məhsulları çürüyür, amma satışa çıxarılması mümkün olmur. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM