İndiyə kimi cəmi 3 jurnalist ipoteka krediti ala bilib- Deputat/VİDEO

13:58 | 29.03.2024
İndiyə kimi cəmi 3 jurnalist ipoteka krediti ala bilib- Deputat/VİDEO

İndiyə kimi cəmi 3 jurnalist ipoteka krediti ala bilib- Deputat/VİDEO

İndiyə kimi cəmi 3 jurnalist ipoteka krediti ala bilib. Bunu deputat Siyavuş Novruzov deyib. 

"Elə jurnalistlər var ki, 20 ildir bu sahədə çalışır. Nə qədər müraciət etsələr də bu kreditdən yararlana bilmirlər. İndiyə kimi cəmi 3 jurnalist ipoteka krediti ala bilib. Daha əvvəl də bu mövzu ətrafında təkliflər vermişəm ki, bölgələrdə və şəhərdə ipoteka kreditinin şərtləri fərqli olmalıdır”, - deputat martin 29-da Milli Məclisdə Mülki Məcəlləsdə və "İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

Novruzov həmçinin təklif edib ki, bir sıra VÖEN-lə çalışan peşə sahiblərinə də ipoteka krediti verilsin.
 

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb