2020-ci ildən bu günə qədər Qarabağın bərpa olunması və yenidənqurulmasına 16 milyyardan manatdan çox vəsait ayrılıb. Bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov deyib.
"Vəsait müxtəlif istiqamətlər üçün işğaldan azad olunmuş ərazilərin bərpasına üçün xərclənib. Qarabağda özəl sektorun iştirakını da hər zaman dəstəkləyirik. Özəl sektorla birgə layihələr icra edirik. Özəl sektora da 1 milyard manatdan çox vəsaitin ayırması nəzərdə tutulur ki, artıq bunun da müəyyən hissəsi yatırılıb", Bədirxanov reporta açıqlamasında bildirib.
2024-cü ildə Azərbaycanın azad olunmuş ərazilərinin bərpası üçün 3 milyrd ABŞ dolları məbləğində maliyyə vəsaiti ayıracağı gözlənilir.
BMT-nin hesablamalarına görə, işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !