İndoneziyada “uçan taksi” sınaqdan keçirilib

18:36 | 05.08.2024
İndoneziyada “uçan taksi” sınaqdan keçirilib

İndoneziyada “uçan taksi” sınaqdan keçirilib

Cənubi Koreyanın "Hyundai Motor Corporation” şirkəti İndoneziyada "uçan taksi”ni uğurla sınaqdan keçirib.Bu barədə xarici KİV-lər məlumat verib.

Məlumata görə, "uçan taksi” 50-80 m hündürlükdə 200 km/saat sürətlə hərəkət edə bilir. Hava taksi modelində üç sərnişin və bir pilotluq yer mövcuddur.

Sınaqlar İndoneziyanın yeni paytaxtı Nusantaranın yaxınlığında yerləşən və tikintisi davam edən Samarinda hava limanında aparılıb.

Asiya ölkəsinin hakimiyyəti 2030-cu ilə qədər "uçan taksilər”i işə salmağı planlaşdırır.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür