2027-ci ilə qədər bütün biznes tapşırıqlarının 42%-nin, informasiya məlumatlarının emalı üzrə işlərin isə 65%-nin avtomatlaşdırılması gözlənilir. Bunu İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
"Hər 10 işçidən altısı üçün əlavə bacarıqlara ehtiyac duyulacaq. Zərurət yaranır ki, təhsildə dayanmadan bilik və bacarıqları əldə olunması istiqamətində davamlı işlər aparaq. Öyrənmək bacarıqları bizə də şamil olunmalıdır. İqtisadiyyat nazirliyi olaraq, biz öz növbəmizdə vətəndaşlara yeni növ bacarıqların əldə edilməsi istiqamətində işlər görürük. Dördüncü Sənaye İnqilabı Mərkəzi, 4Sİ və Təhsilin İnkişaf Fondu ilə birlikdə akademiya yaradılıb. Ötən ilin sentyabrından etibarən 10000 vətəndaşımızı əhatə edən bu layihədə dünyanın aparıcı şirkətləri və universitetləri tərəfindən süni intellekt, maşın öyrənilməsi, diktator, böyük verilənlər və analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya kimi bacarıqları da daxil olmaqla ümumilikdə səkkiz yüzünə yaxın kurs tədris olunur. Yaxın müddət ərzində biz artıq danışıqları tamamlamaq üzrəyik. Gözləntimiz odur ki, çox qısa bir müddət ərzində 200000 vətəndaşımıza bu platformadan üç yüzdən artıq universitetin və texnologiya şirkətləri ilə səkkiz mindən artıq ödənişsiz təhsili əlçatan şəkildə təqdim edək. Növbəti mərhələdə həmin süni intellektlərindən istifadə edərək, həmin təlimlərin ödənişsiz formada Azərbaycan dilində vətəndaşlarımıza təqdim olunması nəzərdə tutulur. Eyni zamanda nazirlik olaraq öz daxilimizdə də mütəxəssislərin bilik bacarıqlarının inkişafını diqqət mərkəzində saxlayırıq",- Elnur Əliyev mayın 30-da "Təlim və İnkişaf Sistemində Müasir Çağırışlar" mövzusunda Forumda deyib. vurğulayıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !