Çinin tələbi ilə Dubay Rusiya banklarını bloklamağa başlayıb

11:31 | 29.08.2024
Çinin tələbi ilə Dubay Rusiya banklarını bloklamağa başlayıb

Çinin tələbi ilə Dubay Rusiya banklarını bloklamağa başlayıb

 BƏƏ bankları Çindən gələn elektron komponentlər və məişət elektronikası üçün Rusiya şirkətlərinin ödənişlərini bloklamağa başlayıb. Bu barədə "Kommersant” Rusiya bazarındakı mənbələrə istinadən xəbər verib.

Qəzetin mənbəsinin sözlərinə görə, təşəbbüs Çin tərəfdəndir və buna səbəb Çin banklarının artıq üzləşdiyi ABŞ-ın ikinci dərəcəli sanksiya təhlükəsidir.

Rusların Çin elektronikası üçün birbaşa ödəniş etməsi demək olar ki, qeyri-mümkün olub. Belə ki,  Çinin ən böyük bankları yazda tranzaksiyaların qarşısını almağa başlayıblar. 

Prezident Putinin Pekinə səfərindən sonra problemin həll olunacağına bəslədiyi ümidlər özünü doğrultmayıb. Yayda regional Çin bankları ödənişlərin dondurmağa başlayıblar. 

"Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bir çox Rusiya təşkilatları Dubayda öz şirkətlərini açıb və bu şirkətlər vasitəsilə Çinə elektron komponentlər üçün ödənişlər ediblər",  Rusiyanın texnologiya şirkəti Beshtau-nun baş direktoru Osipov bildirib.

Onun sözlərinə görə, Çin bankları Dubayda yerləşən təşkilatlardan daxil olan vəsaitlərin mənşəyi ilə bağlı məlumatları, həmçinin ölkədən konkret olaraq nəyin ixrac edildiyi barədə gömrük bəyannamələrini tələb etməyə başlayıblar.
 
Rusiya istehlakçıları üçün bu, Rusiyada avadanlıqların (əsasən smartfonlar və kompüterlər) qiymətlərinin 15-20% artması və ya malların satışdan tamamilə yox olması demək ola bilər.
 
N.Təbrizli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM