10 oktyabr 2024-cü il tarixində Bakıda PASHA
Holding-in təşkilatçılığı ilə "INMerge Innovation Summit”in açılış mərasimi baş
tutub. İki gün davam edən sammit regionun innovasiya ekosisteminin inkişafına
töhfə vermək, startaplar və investorlar arasında əməkdaşlığı təşviq etmək,
iştirakçılar arasında fikir və təcrübə mübadiləsi üçün platforma yaratmağı
hədəfləyir.
Sammitdə
yerli və beynəlxalq ekspertlərin iştirakı ilə "Fintech”, "Telekommunikasiya”, "E-ticarət”,
"Süni intellekt”, "Marketinq” kimi önəmli və dünyanın diqqət mərkəzində olan mövzular
müzakirə edilir.
Tədbirdə
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal
İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, PAŞA Holding-in Baş İcraçı direktoru
Cəlal Qasımov, Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid
Hüseynov öz fikirlərini və təcrübələrini bölüşüblər.
PAŞA
Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında sammitin əhəmiyyətini
yüksək dəyərləndirib: "Regionun əsas iqtisadi oyunçularından biri kimi biz
cəmiyyətimizin inkişafını dəstəkləməkdə qərarlıyıq. İnnovasiya bizim üçün
sadəcə bir anlayış yox, həm də tərəqqinin rəmzidir. Bu sammit vasitəsilə biz regionun
innovasiya ekosisteminin inkişafına dəyərli töhfə veririk”.
Qeyd
edək ki, tədbirin ilk günü qlobal və yerli spikerlərin çıxışları ilə yadda
qalıb. O cümlədən "YouTube”un həmtəsisçisi Stiv Çen, "Harvard Business School”un
professoru Linda Hill və digər nüfuzlu şəxslər sammit iştirakçıları qarşısında
çıxış ediblər. Sammitin ikinci günündə isə "Starbucks”ın həmtəsisçisi Zev
Siegl, "Amazon”un Baş texnologiya direktoru Verner Vogels və "Waze”in qurucusu
Uri Levin kimi spikerlər çıxış edib.
Sammit
çərçivəsində Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov da "Fintech”
panelində çıxış edərək, ödəniş həlləri sahəsində təklif olunan yeniliklərdən və
bu texnologiyaların müştərilərə təqdim etdiyi faydalardan bəhs edib. Fərid
Hüseynovun çıxışında qeyd etdiyi məqmalar Kapital Bank-ın maliyyə
texnologiyalarının inkişafına verdiyi töhfəni və bankın bu sahədəki liderliyini
bir daha vurğulayır.
Bundan
əlavə Kapital Bank-ın "INMerge” İnnovasiya Sammitində olan stendi qonaqların
böyük marağına səbəb olub. Ziyarətçilər stenddə virtual reallıq (VR)
texnologiyasını sınaqdan keçirib. Sadə tapşırıqları yerinə yetirən iştirakçılar
"Umico Market” və "Dukan”dan hədiyyələr qazanıblar. Stend tədbir
iştirakçılarının böyük marağına səbəb olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !