İnsanların qeyri-qanuni girov götürülməsi insan hüquqlarına ziddir- Nazir müavini

12:11 | 18.09.2023
İnsanların qeyri-qanuni girov götürülməsi insan hüquqlarına ziddir- Nazir müavini

İnsanların qeyri-qanuni girov götürülməsi insan hüquqlarına ziddir- Nazir müavini

İnsanların qeyri-qanuni girov götürülməsi insan hüquqlarına ziddir. Bunu  xarici işlər nazirinin müavini Fariz Rzayev "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında  söyləyib.

O bildirib ki,  beynəlxalq təşkilatlar itkin düşən şəxslərlə bağlı üzərinə düşən öhdəlikləri icra etməlidir..

"İtkin düşənlərin ailə üzvləri onların taleyi ilə bağlı məlumat almaq hüquqları var. Ancaq Ermənistan tərəfi buna icazə vermir. Çalışırıq ki, itkin düşən şəxslərlə bağlı məsələni kökündən həll edək", nazir müavini əlavə edib.

O vurğulayıb ki, dünyada itkin düşən şəxslər günbəgün artır.
 
"Son 5 ildə itkin düşən şəxslər 2 dəfə artıb.  İtkin düşən şəxslərin yerinin müəyyən edilməsi üçün bir neçə dəfə təşəbbüs göstərsək də,  Ermənistan tərəfi təssüf cavab verməyib",- o əlavə edib.
 
Aytac


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM