“The Daily Mail”in məlumatına görə, Parisin Eyfel qülləsi “Instagram”da ən populyar görməli yer olub. Belə ki, fotoservisə bu məşhur tikili ilə çəkilmiş 977,3 min şəkil yüklənib.Top 20-nin ikinci pilləsində Nyu-Yorkdakı Tayms meydanı qərarlaşıb. “Instagram” istifadəçiləri bu görməli yerin 773,6 mindən çox şəklini yükləyiblər. Londonun Biq-Beni isə 689,4 min şəkillə üçüncü yeri tutub.“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, beynəlxalq reytinqdə, əsasən, ABŞ-da yerləşən görməli məkanlar yer alıb. Tayms meydanından başqa buraya “Empayr-steyt-bildinq” göydələni (8-ci yer), “Qrand-Kanyon” (9-cu yer), "Qızıl Qapılar" körpüsü (10-cu yer), “Bruklin” körpüsü (12-ci yer) və Azadlıq heykəli (13-cü yer) aiddir.Siyahıya, həmçinin “London Eye” əyləncə çarxı, “Harrods” univermağı, “Hayd-park”, “Southbank” mərkəzi kimi məşhur yerlər da daxildir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !