"İnter" klubu İsveç "Elfsborq"u ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşünün baş hakimi Stanislav Todorovdan UEFA-ya şikayət edib. Bu barədə Sportnet.az-a Bakı klubunun prezidenti Georgi Nikolov məlumat verib.
Onun sözlərinə görə, bolqarıstanlı referinin idarəçiliyindən matçın ardından rəsmi şəkildə apellyasiya verilib. Amma Nikolov bu şikayətin heç nəyi dəyişməyəcəyini etiraf edib: "Uzaqbaşı onu cəzalandıracaqlar. Amma bundan bizə heç bir kömək gəlməyəcək".
Qeyd edək ki, "Elfsborq"la cavab görüşündə Stanislav Todorov hələ 3-cü dəqiqədə "İnter"in futbolçusu Laşa Salukvadzeni meydandan qovaraq, meydan sahiblərinin qapısına penalti təyin edib. Üstəlik, o, İsveç komandasının qapısına təmiz penaltini təyin etməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !