İnternetdə gizliliyi qorumağın 5 yolu

10:42 | 12.07.2014
İnternetdə gizliliyi qorumağın 5 yolu

İnternetdə gizliliyi qorumağın 5 yolu

Telefonunda özəl məlumatları olanlar üçünTelefonunuzun yaddaşında nələri saxladığınıza diqqət edin. Poçt ünvanlarını, ünsiyyətdə olduğumuz insanların telefon nömrələrini, hətta kredit kartının nömrələrini lazım olduqda cib Telefonundan kiməsə mesaj şəklində göndəririk. Belə olduqda gizliliyi qorumaq çətinləşir.Aktual.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gizliliyi qorumağın bir neçə üsulu var.1) Proqram yükləmələriAndroid cihazlarda ən çox qarşılaşdığımız xəbərdarlıq Google Play-dən proqram yükləyərkən qarşımıza çıxan icazə sistemidir. Əgər bu icazələri qəbul etməsəniz gələ biləcək hər hansı təhlükədən qorunmuş olacaqsınız. Bu problemi həll etməyinizə “Clueful” proqramı da kömək edir. Bu proqram telefonunuzda yüklü olan proqramların icazələrini yoxlayaraq təhlükəsizlik səviyyələrinə görə kateqoriyalara ayırır.2) Özünüzü internetdə qoruyunHər nə qədər ictimai mediada paylaşdığınız məlumatları yalnız etibar etdiyiniz şəxslərə göstərsəniz belə fərdi məlumatları ən aşağı səviyyədə saxlamalısınız. Paylaşdığınız bir fotoşəkil olsa da diqqət etməli olduğunuz əhəmiyyətli bir detal var. Hər fotoşəkildə EXIF adı verilən bir alt fayl var. Bu EXIF faylında fotoşəkilin hansı aparatla, neçə ISO və ya diafraqma açıqlığı ilə çəkildiyi kimi məlumatları tapmaq mümkündür. Əgər fotoşəkili bir ağıllı telefon və ya GPS dəstəkli fotoaparat ilə çəkmisinzsə, hətta bu EXIF faylına fotoşəkilin çəkildiyi koordinat da əlavə olunur. EXIF fayllarından xilas olmaq üçün müxtəlif proqramlardan faydalana bilərsiniz.3) ünsiyyətinizə nəzarət edinSMS ismarıclarınızı TextSecure adlı proqram ilə qorumaq mümkündür.4) Telefonunuzu qoruyunTelefonunuzun başqasının əlinə keçməsindən qorxursunuz?Bunun qarşısını almağın ən yaxşı yolu ekran kilidindən istifadə etməkdir.5) Pin kod ilə şifrələyinKodlaşdırma ən məşhur və müvəffəqiyyətli təhlükəsizlik üsuludur. Kodlaşdırmadan istifadə etdiyiniz zaman Android cihazınız sizdən hər dəfə şifrə tələb edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür