İnternetimiz sürətlənəcək

13:05 | 05.08.2014
İnternetimiz sürətlənəcək

İnternetimiz sürətlənəcək

“Avropa-Yaxın Şərq informasiya magistralı”na (EPEG) qoşulma Azərbaycanda 3,2 Tbit/s sürətlə trafik ötürmə imkanı yaradacaq. Bu da ölkə daxilində təklif olunan internet xidmətlərinin həm keyfiyyətinə, həm də qiymətinə müsbət təsir edəcək.

ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu barədə “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda qeyd olunub.Hesabatda qeyd olunur ki, Avropadan Asiyaya olan dənizaltı rabitə kanallarından ən qısası olan “Avropa-Yaxın Şərq informasiya magistralı” Almaniyadan Omana qədər çox böyüktutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılmasını nəzərdə tutur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM