İnternetin inkişafı üzrə hansı ölkə liderdir?

13:17 | 07.02.2015
İnternetin inkişafı üzrə hansı ölkə liderdir?

İnternetin inkişafı üzrə hansı ölkə liderdir?

"World Wide Web Foundation” beynəlxalq təşkilatı 2014-cü il üzrə internetin inkişaf reytinqini dərc edib. Reytinq internetin inkişaf indeksi üzrə sıralanmış dünya ölkələrinin siyahısını əhatə edir. Danimarka Qlobal Şəbəkənin inkişaf səviyyəsi üzrə lider olub.
 
İnternetin inkişaf indeksi 2012-ci ildə Tim Berners Linin rəhbərliyi altında "World Wide Web Foundation” təşkilatı tərəfindən hazırlanıb. O, "HTTP” protokolu, "HTML” hipermətn dili və "URI” identifikatorları daxil olmaqla "Ümumdünya hörümçək toru” konsepsiyasının yaradıcısıdır.
Tədqiqatın müəllifləri hesab edirlər ki, internetin inkişaf səviyyəsi hazırda ictimai inkişafın vacib göstəricisidir.
 
İndeks internetin inkişaf səviyyəsini və cəmiyyətə təsirini 4 parametr (nüfuzetmə, açıqlıq, kontentin keyfiyyəti, hüquq və imkanlar) üzrə ölçür.
İndeksin qiymətləndirmə hissəsi Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı, Dünya İqtisadi Forumu, "Wikimedia” Fondu və başqa bu kimi beynəlxalq təşkilatların statistik məlumatlarına əsaslanır. Yekun hesabatda göstəricilər vahid "Web Index” üzrə hesablanır. Reytinqdə 86 dövlət yer alıb.
 
2014-cü ildə internetin inkişaf səviyyəsi və cəmiyyətə təsiri üzrə reytinqdə Danimarka lider olub. Bu Skandinaviya ölkəsi keçirilmiş tədqiqatın bütün aspektləri üzrə ən güclü göstəricilərə malikdir. İlk onluq aşağıdakı kimidir: Finlandiya, Norveç, Böyük Britaniya, İsveç, ABŞ, İslandiya, Cənubi Koreya, Niderland və Belçika. Türkiyə 38-ci pillədə qərarlaşıb. Reytinqdə sonuncu pilləni Efiopiya tutub.//İctnews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM