• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

“İnternetin kəsilməsi maddi itkilərə də səbəb oldu” - AÇIQLAMA

“İnternetin kəsilməsi maddi itkilərə də səbəb oldu” - AÇIQLAMA
17.11.2015 17:10
"İnternetin kəsilməsi tək bank sektoruna deyil, istənilən sektora - həm dövlət idarəçiliyinə, həm də xidmət sahələrinə ziyan vurub” - Bu sözləri iqtisadçı ekspert Nazim Məmmədov ANN.Az-a açıqlamasında deyib.

ANN.Az xəbər verir ki, noyabrın 16-də internetdə yaranmış problem bir çox sahələrə, eləcə də bank sektoruna təsirsiz ötüşməyib.



 
 
Sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədovun sözlərinə görə, ölkədə internet üzərindən hər hansı idarəetmə sistemi mövcud olmayan elə bir qurum yoxdur: "Demək olar ki, bir provayder üzərindən şəbəkənin idarə olunmasının özü monopoliya deməkdir. İnternetdə yaranan bu problem bir daha onu göstərir ki, bu sahədə inhisarçılıq mövcuddur. Bu problem insanlara maddi ziyanla yanaşı, mənəvi-psixoloji təsir də göstərdi. İnternetin kəsilməsi ona bənzəyir ki, metropiltendə elektrik naqillərində problem yaranıb və bu da insanların vahimə içərisində, təlaş içərisində stress keçirməsinə gətirib çıxarır.  Əslində elektrik naqillərində belə hadisə baş verdikdə alternativ variantlardan istifadə olunur”. 

Sabiq millət vəkili indiki dövrdə internetin olmamasının çox böyük panikaya gətirib çıxardığını bildirib: "Hardasa bir yanğının çıxması ilə bu əlaqənin kəsilməsi doğru yanaşma və izah deyil. Əsl səbəb başqadır. Hesab edirəm ki, bu barədə ciddi tədbirlər görülməlidir. Ümumiyyətlə, Azərbaycanda inhisarçılıq ləğv olunmasa, heç bir problem öz həll yolunu tapmayacaq. Hesab edirəm ki, idarəetmə prinsipləri tamamilə dəyişməlidir”. 

Ekspert tək bir qurumun ətrafında fokuslaşmağın tərəfdarı olmadığını deyib: "Yəni bu hadisə bank sektoruna təsir etdiyi kimi digər sahələrə də ciddi təsirini göstərib. Bank sektoruna ziyan dəyməyi deməklə başqa sektorları arxa planda saxlamaq düzgün deyil.  Ümumiyyətlə, internetdə yaranan problem təxminən 7-8 milyon əhalinin həyat şəraitinə mənfi təsir göstərib”. 



"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov internetin olmamasının bütün mənalarda itki adlandırıb: "Müasir dövrdə inernetin bizim hər birimizin həyatındakı rolu o qədər artıb ki, onun bircə saat olmaması böyük rahatsızlıqlara gətirib çıxarır. Dünən qəza səbəbindən  Azərbaycanda  internetin bir neçə saat olmaması ölkədə bütün həyatı dondurdu. İnternetin olmaması, bank hesablaşma əməliyyatlarının dayandırılması, internet rabitə resurslarının işləməməsi, yüzlərlə saytların fəaliyyətinin dondurulması deməkdir. Bir anlığa təsəvvürümüzə gətirək ki, yüzlərlə bank şöbələrində heç bir əməliyyat aparılmır. Bu hansısa sahibkarın işinin tormozlanması, kiminsə təqaüdünü və ya əmək haqqını vaxtında ala bilməməsi səbəbindən problemlərlə üzləşməsi deməkdir. Bu siyahını bəs deyincə uzatmaq da olar. Bir sözlə, internetin bir neçə saat olmaması bütün mənalarda itkidir. Təbii ki, burada maddi itkilər də istisna deyil”.

Qeyd edək ki, dünən saat 16:05-dən təxminən gecə saatlarına qədər internetin istifadəsində problem yaranıb. Bu problemdə kompüterlərin istifadəsi ilə yanaşı bank sektorununda işində ciddi maneələr yaradıb. 

Orxan Aslanlı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
10:30
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
10:15
Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”
09:36
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”
Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
08:46
Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR
08:07
Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR
07:57
"Rasim Əliyevi ilk müayinə edən USM həkiminin tibbi təhsili yoxdur" - İDDİA
Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR
07:11
Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA
04:56
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA
Əli Abbasov vəzifəsindən azad edildi
03:14
Əli Abbasov vəzifəsindən azad edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol