Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin səhhəti pisləşib.
Bu barədə onun vəkili Cavad Cavadov öz «facebook» səhifəsində yazıb.
Onun dediyinə görə, mayın 15-də İntiqam Əliyevlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına gedib: «Amma İntiqam müəllim xəbər göndərdi ki, belində kəskin ağrılara görə hərəkət edə bilmir».
Vəkil hazırda Penitensiar Xidmətə və Bakı İstintaq Təcridxanasına müraciət hazırladığını bildirir.
İntiqam Əliyev aprelin 22-də 7 il yarım azadlıqdan məhrum edilib.
O, iqtisadi cinayətlər törətməkdə ittiham olunur.
İntiqam Əliyev ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !