Mobil telefon portalının redaktorları müxtəlif ölkələrdə bütün iPhone 16 modellərinin qiymətini öyrənib, ən bahalı və ən ucuz Apple smartfonlarının harada satılacağını açıqlayıblar.
Təhlil dünyanın 30 ən böyük iqtisadiyyatı olan ölkələri əhatə edirb.
Bunlardan Apple artıq 21 ölkədə yeni məhsulunun gələcək qiymətini açıqlayıb.
Ən ucuz İPhone 16-ı ənənəvi olaraq ABŞ-da satılıacaq. Belə ki, bu ölkədə hətta 512 GB yaddaşa malik iPhone 16 versiyasının qiyməti cəmi 1100 dollar
(1870 manat) təşkil edəcək. Qiymətinə görə, ikinci yerdə Kanada gəlir. Burada İPhone 16 1166 Kanada dollarına (1982 manat) satlacaq.
Ən bahalı iPhone ənənəvi olaraq Türkiyə və Braziliyadadır. Burada qiymətlər 1914 dollar (3253 manat) və 1386 dollardan (2356 manat) başlayır.
Avropada da qiymətlər Rusiyadan ucuz olsa da yüksəkdir. Eyni modeli 30 avro fərqlə Avropa ölkələrindən almaq olar.
İPhone 16-nın Pro versiyaları ilə bağlı vəziyyət oxşardır. Ən ucuz İPhone 16 Pro ABŞ, Kanada və Yaponiyada, ən bahalı isə Türkiyə və Braziliyadadır.
Maraqlıdır ki, köhnə və yeni modellər arasında qiymət fərqi müxtəlif ölkələrdə dəyişir. Əksər ölkələrdə 1TB İPhone 16 Pro Max 128GB yaddaşla iPhone 16-dan iki dəfə bahadır (96-108% fərq). Türkiyədə fərq daha azdır - Pro Max 1 TB baza modelindən 85% bahadır.
Azərbaycanda isə bu modelin qiyməti ilə bağlı hər hansı məlumat yoxdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !