iPhone 6-nın buraxılışı təxirə düşəcək?

23:59 | 06.08.2014
iPhone 6-nın buraxılışı təxirə düşəcək?

iPhone 6-nın buraxılışı təxirə düşəcək?

Çinin Kunşin şəhərində yerləşən müəssisələrdən birində baş vermiş partlayış 75 nəfərin ölümünə səbəb olması ilə yanaşı, “iPhone 6” smartfonunun buraxılış tarixini təxirə sala bilər.ANN.Az-ın ictnews-a istinadən verdiyi məlumata görə, regionda təhlükəsizlik parametrlərinə uyğunluq üzrə ümummilli müəssisə yoxlaması başlanıb və bununla bağlı zavodların işi dayandırılıb.Yoxlama, eyni zamanda Çində “Apple” smartfonlarını yığan “Foxconn” istehsal gücünə təsir göstərib. Belə ki, yoxlama “iPhone 6”, “Xiaomi 4” və “MX4” smartfonlarının istehsal həcmlərinə təsir göstərə bilər.“iPhone” smartfon modellərinin və bir sıra Çin aparatlarının korpusunun hazırlanmasında cilalanmış alüminium ərintisindən istifadə edilir. Bu cür detalların istehsal prosesi havada dolaşan metallik tozun yanmasına gətirib çıxarır. Ötən həftə Kunşində yerləşən zavodda məhz bu tozun yanması nəticəsində yanğın baş verib. Bu tozun müəssisədə yüksək konsentrasiyası və məkanda havalandırmanın aşağı səviyyədə olması vəziyyəti daha da çətinləşdirib.Qeyri-rəsmi məlumatlara əsasən, “iPhone 6”-nın təqdimatı sentyabr ayında olmalıdır, satışların isə oktyabrda başlanması gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM