ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, bunun üçün İpoteka Fondu fevralın 2-dən etibarən "Elektron İpoteka Portalı”nı istifadəyə verəcək. Bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə portalın veb səhifəsinə www.e-ipoteka.az saytına daxil olub müraciət edəcək. Müraciət üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək, ümumilikdə qiymətləndirilir.
Eyni zamanda, ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs Müvəkkil Kredit Təşkilatlarının İpoteka Kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra, yekun olaraq müraciətini təsdiqlənməlidir.
Bizi sosial şəbəkələrdə izləyin !