İqtisadçılar Fərid Mehralızadənin ev dustaqlığına buraxılmasına çağırıblar

14:59 | 24.06.2024
İqtisadçılar Fərid Mehralızadənin ev dustaqlığına buraxılmasına çağırıblar

İqtisadçılar Fərid Mehralızadənin ev dustaqlığına buraxılmasına çağırıblar

İqtisadi ekspert Fərid Mehralızadə barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını bir qrup iqtisadçı dövlət qurumlarına müraciət edib.
 
Sənədi  Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Həsənov,  müstəqil iqtisadçılar İnqilab Əhmədov, Elçin Rəşid, Azər Mehtiyev, Samir Əliyev, Rövşən Ağayev, Toğrul Vəliyev, Xətai Alıyev, Rəşad Həsənov imzalayıblar.

"Fərid Mehralızadəyə qarşı irəli sürülmüş ittihamların obyektiv araşdırılmasını və istintaq müddətində onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məqsədəuyğun hesab edirik. Fərid Mehralızadə Azərbaycanın peşəkar gənc nəsil iqtisadçılarının önündə gedənlərdən biridir. Biz onun gələcəkdə aparıcı alimlərimizdən olacağına inanırıq. Onun iqtisadi, sosial, ali təhsil və digər mövzularda davamlı olaraq etdiyi təhlillər belə düşünməyə əsas verir. Bu araşdırmalar ölkəmizdəki iqtisadi mövzularda müzakirə mühitinə  töhfə kimi qiymətləndirilə bilər”, - müraciətdə deyilir.


Mayın 30-u iqtisadçı ekspert Fərid Mehrəlızadə saxlanılıb.
 
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Fərid Mehralızadə barəsində 3 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
 
Aytac Zeynalova





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM