Nobel mükafatı laureatı iqtisadçı Milton Fridmenin bir vaxtlar dediyi kimi: inflyasiya bir cəmiyyəti məhv edə biləcək bir bəladır. İşsizliyin artması ilə insanların həyatını olduqca çətinləşdirən təsirə qeyri-texniki bir termin də aid edilir: səfalət.
Bloomberg tərəfindən aparılan sorğunun "səfalət indeksini” təşkil edən məlumatlarına görə, bu il bu bəlanın ən kəskin şəkli iqtisadiyyatı ən ağır vəziyyətdə olan beş ölkədə - Venesuela, Argentina, Cənubi Afrika, Ukrayna və Yunanıstanda müşahidə olunacaq. Bu, sadə bir tənlikdir: işsizlik səviyyəsi + istehlak qiymətləri indeksi = səfalət.
Ukraynada müharibə daha böyük iqtisadi itkilərə səbəb olacaq. Sorğunun nəticələrinə görə, ruspərəst üsyançılarla gərginlik nəticəsində Şərqi Avropa ölkəsində işsizlik davam edəcək, inflyasiya səviyyəsi isə azalmayacaq. Səfalət səviyyəsi ilə bağlı verilən proqnozlara əsasən, bu iki zərbə Ukraynanın 51 ölkə arasında iqtisadiyyatı ən ağır vəziyyətdə olan dördüncü ölkə olacağı deməkdir.
Artımı zəif gedən gəlirlər isə ukraynalıları artan qiymətlərə qarşı qoruya bilməyəcək. Ukrayna bu il adambaşına düşən ÜDM-in 8494 dollar olması ilə sorğu keçirilən və Beynəlxalq Valyuta Fondunun gəlir hesablaması apardığı ölkələr arasında yalnız Filippini geridə qoyur.
Sorğu nəticələri göstərir ki, Ukraynada 2014-cü ilin üçüncü rübü etibarilə 8,9 faiz olan işsizlik səviyyəsi bu il 9,5 faizə qədər yüksələcək. İnflyasiyanın isə dekabr ayında 24,9 faizlə müqayisədə 2015-ci ildə 17,5 faiz sürətlə artacağı proqnozlaşdırılır.
Ukrayna üçün heç də ümidverici olmayan gözləntilər hələ də 2014-cü ildə müharibə şəraitində olan və yoxsulluq indeksində ikinci yerdə gələn ölkənin üzləşdiyi qədər pis deyil. 2015-ci il üçün olan proqnozlar göstərir ki, keçən illə müqayisədə Ukrayna Cənubi Afrika və Argentinanı keçə biləcək.
2015-ci ildə ən çox iqtisadi çətinlik çəkəcəyi gözlənilən ölkələr – Cənubi Afrika, Argentina və Venesuela 2014-cü ilin yoxsulluq indeksi üzrə tutduqları yerlərdən nəticə çıxarmayıblar.
İstehlak qiymətləri indeksi ilə hesablanan inflyasiya səviyyəsinin 78,5 faiz olduğu Venesuela Ukraynanı dörd dəfə üstələyir. Venesuelada əsas istehlak mallarının qıtlığı ötən həftə qonşu Trinidad & Tobaqo ölkəsinin neft qarşılığında kağız dəsmal təklif etməsinə səbəb olub.
İnvestorlar büdcə defisitləri həddən artıq çox olan Avropa ölkələrini təsvir etmək üçün "PIIGS” (Portuqaliya, İtaliya, İrlandiya, Yunanıstan, İspaniya) terminini yaydıqdan beş il sonra da həmin ölkələrin dördü hələ də çətinliklərlə mübarizə aparır.
Builki sıralamada hər birinin prooqnozlaşdırılan gəlir səviyyəsi sorğu keçirilən digər ölkələrə nisbətən orta olsa da, Yunanıstan 5, İspaniya 10, İtaliya 11-ci yeri tutur. (İrlandiya isə adambaşına düşən ÜDM 48787 dollar olmaqla yoxsulluq səviyyəsinə görə 16-cı yerdə gəlir. Səfalət indeksində göstərilən 51 ölkə arasında adambaşına düşən orta ÜDM-nin həcmi isə 31079 dollardır.)//Musavat.com
Bizi sosial şəbəkələrdə izləyin !