İqtisadiyyat Nazirliyi Tatarıstanın Sənaye Klasteri ilə əməkdaşlıq edəcək

12:04 | 20.05.2023
Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçirilən "Russia Halal Expo” beynəlxalq sərgisi çərçivəsində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi və Tatarıstanın Sənaye Klasteri arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə  agentlikdən məlumat verilib.

Məlumata görə, sənədi qurumun İdarə Heyətinin (İH) sədri Elşad Nuriyev və Klasterin İH-nin sədri Sergey Mayorov imzalayıb.

Memoranduma əsasən, iki ölkənin sahibkarları arasında əməkdaşlıq əlaqələrinin qurulması və sahibkarlıq fəaliyyətinin inkişafının dəstəklənməsi, sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi, biznes səfərlərin təşkili, qarşılıqlı maraq doğuran layihələrin birgə işlənilməsi nəzərdə tutulur.

"Russia Halal Expo” 14-cü "Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunub. Sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb