İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamaları dayandırıb

20:04 | 15.10.2015
İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamaları dayandırıb

İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamaları dayandırıb

Qurum yalnız insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri həyata keçirəcək.

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev "APA-Economics"ə bildirib ki, iclasda insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM