İran ABŞ-la danışıqlara hazırdır

15:28 | 08.07.2024
İran ABŞ-la danışıqlara hazırdır

İran ABŞ-la danışıqlara hazırdır

İran ABŞ-la Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası və Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlar üçün diplomatik kanalları açıq saxlayır. Bu barədə EFE agentliyi İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin bəyanatına istinadən məlumat yayıb.

O əlavə edib ki, Tehran və Vaşinqton arasında birbaşa olmasa da dolayısı ilə  danışıqlar artıq baş tutub və lazım gəldikdə detalları açıqlayacağına söz verib.


Kanani deyib ki, Tehran 2024-cü ilin mayında vəfat edən keçmiş İran prezidenti İbrahim Rəisinin qoyduğu təməl sayəsində "gələcək danışıqlar üçün hazırdırr”.


İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, "seçilmiş hökumət bu nailiyyətləri, xüsusən də İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı danışıqlarda əldə etdiyi uğurlara”.


İranda keçirilən prezident seçkilərində İran parlamentinin keçmiş üzvü Məsud Pezeşkian qalib gəlib. O, seçkilərdə yeganə islahatçı namizəd idi.
 
Nüvə sazişinin bərpasının tərəfdarı olan İranın en azərbaycanlı əsilli prezidenti bildirib ki,  İran Qərb ölkələri və Vaşinqtonla münasibət qurmalıdır.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti