İran Bakı və İrəvanı gərginlik fonunda təmkinli olmağa çağırıb

21:59 | 13.02.2024
İran Bakı və İrəvanı gərginlik fonunda təmkinli olmağa çağırıb

İran Bakı və İrəvanı gərginlik fonunda təmkinli olmağa çağırıb

İran sərhəddə hər iki tərəfdən yaralanan hərbçilərdən sonra Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb. Bu barədə İran mətbuatı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənaniyə istinadan yazıb.


Ermənistan və Azərbaycan arasında sərhəddə gərginliyin artması ilə bağlı narahatlığını ifadə edən Kənani münaqişələrin sülh yolu ilə həllinə çağırıb.

İran sözçüsü dialoq və diplomatiyanı regionda davamlı sülhün təmin edilməsinin yeganə yolu kimi qiymətləndirərək, Bakı ilə İrəvan arasında sülh sazişinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Bundan əvvəl Rusiya və Avropa Şurası yaranmış gərginlik fonunda iki ölkəni təmkinli olmağa çağırıb.

Bir gün əvvəl Dövlət Sərhəd Xidmətinin əməkdaşı Zəngilan istiqamətində Ermənistan Silahı Qüvvələrinin atəşə tutması nəticəsində yaralanıb. Daha sonra hər iki ölkənin sərhəd bölgəsində vəziyyətin gərginləşməsi baş verib. Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasını təsdiq edib.  

 
2023-cü ilin payızında keçirilən antiterror əməliyyatından sonra bu Qarabağ regionunda tərəflər arasında yaşanan ilk gərginlikdir.

 

Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb