İranın BMT -dəki missiyası da HƏMAS-ın hücumu ilə bağlı qərarlarda Qüds Qüvvələrinin iştirak etmə ehtimalını rədd edib.
"Fələstin müqaviməti tərəfindən qəbul edilən qərarlar son dərəcə muxtariyyətlidir və dəyişməz olaraq Fələstin xalqının qanuni maraqlarına uyğundur” deyən missiya Fələstini qətiyyətlə dəstəklədiyini, lakin onun cavabında iştirak etmədiyini vurğulayıb.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !