İran hökuməti Rza Zərrabın ortağına kömək edəcək

12:24 | 07.01.2014
İran hökuməti Rza Zərrabın ortağına kömək edəcək

İran hökuməti Rza Zərrabın ortağına kömək edəcək

İran hökuməti həbs olunan iş adamı Babək Zəncaniyə dövlətə neft borcunu ödəməsi üçün kömək edəcəyini açıqlayıb.ANS PRESS-in Türkiyə mətbuatına istinadən xəbərinə görə, İran məhkəməsinin sözçüsü Qulam Hüseyn Muhsini təşkil etdiyi mətbuat konfransında Zəncanidən satdığı neft qarşılığı ölkə təşkilatlarına 2 milyard avrodan çox borcunun olduğunu, bu səbəbdən də ölkə xaricinə qaçmaq ehtimalına qarşı həbs olunduğunu ifadə edib. İran dövlət televiziyasının internet saytında yer alan xəbərə görə, Muhsini Babək Zəncani haqqında bu sözləri deyib:"Bu adam təxminən 2,5 milyard avro dövlət qurumlarının hesabına keçirdiyini söyləyir. Lakin təşkilatlar ödənişin edilmədiyini ifadə edir. Təqdim edilən sənədlərin saxta olub-olmadığı araşdırılır. Babək Zəncaniyə həbsxanadadır, ölkə xaricində pulu varsa və gətirməsi üçün hər hansı bir imkana ehtiyacı varsa, təmin ediləcəyik" - deyə bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür