İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vəhabi təriqətli “İraq Şam İslam Dövləti” təşkilatı ilə döyüşmək üçün Bağdada daha 500 nəfərlik xüsusi təyinatlı göndərib.
Türkiyə mediası yazır ki, artıq İran rəsmiləri İraqa xüsusi təyinatlıların göndərilməsi ilə bağlı xəbərləri təsdiq edib.
İran hərbi komandanlığının adı çəkilməyən yüksək rütbəli zabiti CNN-nə açıqlamasında bildirib ki, ölkəsi İraqdakı şiə-müsəlman əhalinin radikal-silahlı vəhabi qoşunundan qorumaq, müqəddəs ziyarətgahların mühafizəsinin təşkil olunması, o cümlədən Bağdadın müdafiəsində iştirak etmək məqsədilə əsgərlərinin sayı artırılacaq.
Məlumatlarda o da deyilir ki, artıq iranlı hərbçilər Bağdadın 38 km-də olan Diyala şəhəri uğrunda gedən döyüşlərə qatılıb.
Bundan başqa İran İraq sərhəddindəki hərbi birləşmələrini döyüş hazırlığına gətirib./AzNews.az/
Bizi sosial şəbəkələrdə izləyin !