İran-İraq sərhədindəki Mehran sərhəd-keçid məntəqəsi bağlanılıb.APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Mehran Şəhər İcra Hakimiyyətinin başçısı Höccətullah Nəsiripur bildirib. Onun sözlərinə görə, Mehran sərhəd-keçid məntəqəsi noyabrın 13-dən etibarən Məhərrəm ayının Tasua və Aşura günləri münasibətilə müvəqqəti bağlanıb. H.Nəsirpur deyib ki, Mehran sərhəd-keçid məntəqəsi gələn cümə gününə kimi bağlı olacaq və heç bir ticarət mübadiləsi aparılmayacaq: “Mehran sərhəd-keçid məntəqəsi İraq rəsmilərinin razılığı ilə müvəqqəti fəaliyyəti dayandırılıb. Gələn şənbə günündən etibarən iki ölkə arasında ticarət əlaqələri yenidən qurulacaq”.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !