İran, İsrail və Kipr TANAP-a qoşula bilər

10:08 | 03.06.2015
İran, İsrail və Kipr TANAP-a qoşula bilər

İran, İsrail və Kipr TANAP-a qoşula bilər

Perspektivdə İran, İsrail və Kiprdə hasil olunan təbii qazın Trans-Anadolu boru kəməri vasitəsi ilə Avropa bazarına çıxarılması mümkündür.
 
"Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan Xəzər neft-qaz beynəlxalq konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Nazir İranın TANAP-a qoşula biləcəyini xüsusi vurğulayıb: "İran regionda böyük potensialı olan bir ölkədir. Əgər proseslər belə davam edərsə, İran TANAP-a qoşula və öz qazını Avropaya çıxara bilər. Həmçinin, İsrail və Kiprlə də danışıqlar aparmışıq. Onlar da gələcəkdə Türkiyə ərazisində Azərbaycan infrastrukturundan istifadə etməklə öz qazlarını Avropaya çıxara biləcəklərini deyir".

Bununla yanaşı N.Əliyev ABŞ hökuməti və Avropa İttifaqının daim bu layihəni dəstəkləridiyini qeyd edib: "Biz dəfələrlə görmüşük və ABŞ Azərbaycanın enerji layihələrini dəstəklədiyini elan edib.Avropa İttifaqı da Azərbaycanın və digər Xəzəryanı ölkələrin neft-qaz layihələrini dəstəkləyir. Cənab Maroş Şefçoviç tez-tez bizim tədbirlərdə iştirak edir, daim bizi dəstəklədiyini göstərib və Türkmənistan qazının Avropaya nəqli üçün də dəstəyini əsirgəmir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM