İran məhkəməsi Fərid Səfərliyə 2 il həbs cəzası verib

İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərliyə məhkəmə 2 il həbs cəzası verib. Bu barədə onun anası Dilarə Əsgərova məlumat verib.
Fərid Səfərli özü məhkəmədə iştirak etməyib. Hökm barədə ona və vəkilinə daha sonra məlumat verilib.
Fərid Səfərli Almaniyanın Yena Universitetinin tələbəsidir. O, fevralın 20-də eyni universitetdə təcrübə keçən həkim sevgilisini görmək üçün Tehrana gedib və burada həbs olunub. Onu casusluq ittihamı ilə həbs ediblər.
Əsgərovanın sözlərinə görə, Səfərli bütün ittihamları rədd edib.
İyulun 19-da məhkəmə Fərid Səfərliyə qarşı irəli sürülmüş "casusluq” ittihamını "casusluq etmək niyyəti” ittihamı ilə əvəzləyib.
Azərbaycan XİN Səfərlinin azadlığa buraxılması ilə müəyyən addımlar atdığını bildirsə də, gənci vətənə qaytarmaq mümkün olmayıb.
Onun həbsindən sonra Azərbaycan XİN-in "xüsusi ehtiyac olmadığı təqdirdə Azərbaycan vətəndaşlarına İran İslam Respublikasına getməmək tövsiyyə olunur" cümləsi yazılmış tövsiyyəsi Bakı aeroportunda quraşdırılmış ekranlara yerləşdirilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər