İran məhkəməsi Fərid Səfərliyə 2 il həbs cəzası verib

15:43 | 18.08.2023
İran məhkəməsi Fərid Səfərliyə 2 il həbs cəzası verib

İran məhkəməsi Fərid Səfərliyə 2 il həbs cəzası verib

İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərliyə məhkəmə 2 il həbs cəzası verib.  Bu barədə onun anası  Dilarə Əsgərova məlumat verib.

Fərid Səfərli özü məhkəmədə iştirak etməyib.  Hökm  barədə ona və vəkilinə daha sonra məlumat verilib.

Fərid Səfərli Almaniyanın  Yena Universitetinin tələbəsidir. O, fevralın 20-də eyni universitetdə təcrübə keçən həkim sevgilisini görmək üçün Tehrana gedib və  burada həbs olunub. Onu  casusluq ittihamı ilə həbs ediblər. 
 
Əsgərovanın sözlərinə görə, Səfərli  bütün ittihamları rədd edib.

İyulun 19-da  məhkəmə  Fərid Səfərliyə qarşı irəli sürülmüş "casusluq” ittihamını "casusluq etmək niyyəti” ittihamı ilə əvəzləyib. 
 
Azərbaycan XİN Səfərlinin azadlığa buraxılması ilə müəyyən addımlar atdığını bildirsə də, gənci vətənə qaytarmaq mümkün olmayıb. 
 
Onun həbsindən sonra Azərbaycan XİN-in "xüsusi ehtiyac olmadığı təqdirdə Azərbaycan vətəndaşlarına İran İslam Respublikasına getməmək tövsiyyə olunur"  cümləsi yazılmış tövsiyyəsi Bakı  aeroportunda quraşdırılmış ekranlara yerləşdirilib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM