İran prezidenti ABŞ-a səfər edəcək

11:06 | 17.09.2024
İran prezidenti ABŞ-a səfər edəcək

İran prezidenti ABŞ-a səfər edəcək

İran prezidenti Məsud Pezeşkian BMT-nin 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 22-də ABŞ-a səfər edəcək. Bu barədə İranın Mehr agentliyi xəbər verib. 

Məlumata görə, Pezeşkian çıxışında İranın müxtəlif məsələlərlə bağlı fikir və mövqelərinə toxunacaq.
 
Onun ABŞ-da yaşayan iranlılar da daxil olmaqla, müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri ilə  bir sıra görüşlər planlaşdırılır.
 
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyovun fikrincə, ABŞ-a səfər edən İran prezidenti Məsud Pezeşkianı  BMT-nin 79-cu sessiyasında iştirak edib öz ölkəsinə qayıdacaq. 

"Mən əmin deyiləm ki, ABŞ rəsmilərindən kimsə onunla görüşüb hansısa bir mövzuda müzakirə aparsın. ABŞ rəsmiləri nə onunla görüşəsi deyil, nə də hansısa bir müzakirə aparası deyil. Pezeşkianı  BMT-nin 79-cu sessiyasında iştirak üçün ABŞ-a gedir. Ola bilər orada hansısa ölkələrin rəhbərləri də ola bilər. Amma rəsmi şəkildə bir görüşünü olması gözlənilən deyil”, - deputat bildirib.
 
İranşünas ekspert Məhsa Mehdizadə hesab edir ki, İran prezidenti Məsud Pezeşkian ABŞ-a getməzdən öncə Xamenei ilə görüşəcəyini açıqlayırsa deməli onun ABŞ səfərindən hər hansı mesaj gözləməyə dəyməz. 

"Bu hər il keçirilən görüşdür ki, İran prezidentləri də bu tədbirdə iştirak edir. Pezeşkian elan edib ki, ABŞ-a səfər öncəsi Xamenei ilə görüşəcək. Bu da o deməkdir ki, ali ruhani hakimiyyətin dediklərindən kənara çıxmayacaq. Gözləmək lazımdır ki, İran prezidenti çıxışlarında hansı mesajları verəcək. Ümumilikdə isə bu özəl səfər olmadığı üçün nəsə gözləmək doğru deyil”,  - Məsha Mehdizadə söyləyib.
 
Gözlənilən səfər yeni seçilən İran prezidnetinin ABŞ-a ilk səfəridir.  
 
N.Təbrizli
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM