İran Qafqazda baş verənləri izləyir - İran XİN rəsmisi

21:49 | 11.09.2023
İran Qafqazda baş verənləri izləyir - İran XİN rəsmisi

İran Qafqazda baş verənləri izləyir - İran XİN rəsmisi

Tehran Qafqazdakı vəziyyəti diqqətlə izləyir və sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan və Azərbaycanla əlaqə saxlayır , bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında bildirib.

İrəvan və Bakı arasında mümkün gərginliyin artması ilə bağlı sualı cavablandıran Nasser Kanaani iki ölkənin rəsmiləri ilə əlaqə saxladığını bildirib.

"Ermənistan rəsmiləri  toqquşmaların mümkünlüyü ilə bağlı narahatlığını ifadə ediblər, lakin Azərbaycan rəsmiləri bəyan ediblər ki, onların toqquşma etmək niyyətində deyillər. İran hadisələri ciddi şəkildə izləyir. Biz İranın sərhədlərinin təhlükəsizliyinə zəmanət veririk və sərhəd təhlükəsizliyini dəstəkləyirik", - Kanaani vurğulayıb.

O qeyd edib ki, İran  Qarabağdakı vəziyyətlə bağlı daimi və şəffaf mövqedədir.

"İranın regionla bağlı bir neçə dəfə açıq şəkildə bildirilmiş mövqeyi sirr deyil.  Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir və onun sakinlərinin hüquqları və təhlükəsizliyi müəyyən çərçivələr daxilində müəyyən edilməlidir", - İran rəsmisi deyib.

İranın dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmağa və gərginlikdən qaçmağa çağırışını təkrarlayan Kənani qeyd edib ki, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması Ermənistan və Azərbaycan arasında mübahisələrin həlli, sülh və təhlükəsizliyə nail olmaq üçün mühüm addımdır
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM