İran xarici işlər naziri Cavad Zərif ölkəsi ilə qərb arasındakı aparılan nüvə anlaşması ilə bağlı "Bunun tarixi bir an olduğuna inanıram" - reaksiyası verib, prezident Həsən Ruhani isə "Yeni üfüqlər meydana çıxır" - deyib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İranla BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya (P5+1) arasında Vyanada davam edən nüvə müzakirələrində razılıq əldə olunandan sonra ilk rəsmi münasibətlər sərgilənməyə başlayıb.
Bunlardan biri ölkə prezidenti Həsən Ruhaniyə aiddir. Aktiv sosial şəbəkə istifadəçisi olan prezident özünün "Twitter" hesabından belə bir status paylaşıb: "İran razılaşması konstruktiv öhdəliklərin işə yarıdığını göstərir. Bu lazımsız böhranın həll olunması üçün bir çox məcburiyyətlərə köklənərkən yeni üfüqlər meydana çıxır".
XİN rəhbəri C.Zərif isə hadisələri belə dəyərləndirib: "Yeni bir ümid fəslinə başlayırıq". "Mükəmməl olmasa da, damla-damla ..." fikrini qeyd edən Zərif belə deyib: "Bunun tarii bir an olduğuna inanıram. Bu. hər kəs üçün önəmli bir hadisədir. Əhatəli olmasa da, ola biləcəklər arasında ən yaxşı haldır. Bu gün ümidin sonu ola bilərdi, ancaq yeni bir ümid fəsli başlayırıq".
Avropa Birliyi xarici münasibətlər və təhlükəsizlik siyasəti məsələləri üzrə xüsusi təmsilçisi Federika Moqherini şəxsi "Twitter" hesabından "Bu razılıq silah proqramından daha vacibdir. Bu qərar beynəlxalq əlaqələrdə yeni bir səhifə açacaq. Bu, bütün dünya üçün bir ümid nişanəsidir".
Bu gün həmçinin ABŞ prezidenti Barak Obamanın da açıqlama verəcəyi gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !