"Onların arasındakı düşmənçilik dünya sülhünə təhlükəlidir" fikrini əsas gətirərək, İran, konqresdəki respublikaçılarla prezident Obama arasında özünün vasitəçi olmağını təklifi edib.
ANN.Az "newyorker.com"a istinadən xəbər verir ki, Respublikaçı liderlərdən İrana "narahatverici məktub" daxil olduqdan bir gün sonra, İranın ali dini lideri Əli Xameneyi "Respublikaçılarla Obamanın münasibətləri çox təhlükəli həddə pisləşdiyindən" öz təklifini irəli sürüb.
"Bu iki tarixi düşmən arasındakı münasibətlər son illərdə kəskinləşib, indi isə partlayış həddindədir. Buna görə də İran hesab edir ki, barışdırıcı tərəf kimi öz təklifini irəli sürməlidir", - Xameneyi bildirib.
Dini lider bildirib ki, Obamayla Respublikaçılar arasındakı danışıqlarda vasitəçi kimi İran "məntiqi seçim" olardı, çünki "bu aydındır ki, hal-hazırda iki tərəf bir-birindən daha çox İran haqda danışırlar".
Xameneyi Obamanı və Respublikaçıları aralarındakı ixtilafı danışıq yoluyla həll etmək üçün Tehrana dəvət edib, həmçinin dünya supergüclərinə də müraciət edib ki, iki qatı düşməni danışıqlar masasına oturmaq üçün təzyiq etsinlər: "Bu dəliliyi dayandırmağın artıq vaxtı gəlib çatıb".
"Newyorker"-in müxbiri yazır ki, təklif ediləndən bir neçə saat sonra prezident Obama bildirib ki, Tehranın dəstəyi altından konqresdəki rəqibləriylə görüşməyə hazırdır, ancaq Respublikaçılarla hər hansı razılıq əldə olunsa, bu kağız üzərində olmalıdır.
Respublikaçılar isə öz növbəsində bildiriblər ki, onlar danışıqlara hazırdılar, yeganə şərtləri isə odur ki, prezident Obama orada olmasın.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !