İran səfiri Azərbaycana verilən notadan danışdı

16:00 | 27.11.2013
İran səfiri Azərbaycana verilən notadan danışdı

İran səfiri Azərbaycana verilən notadan danışdı

İran səfiri Möhsün Pak Ayin Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış səfirliyin Mədəniyyət Mərkəzinin maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadənin polis bölməsindən tez buraxılmasına görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edib.

APA TV-nin xəbərinə görə, Əhmədzadənin saxlanılması məsələsinə münasibət bildirən diplomatın fikrincə, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin işçiləri çox güman ki, onun xidməti pasporta malik olduğunu bilməyiblər və ya bu işə Azərbaycan xarici işlər nazirliyinin məsul olmasından xəbərsizdirlər: "Bizim Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyimiz notada əsasən, miqrasiya işçilərinin diplomata qarşı hərəkətlərinə etiraz ifadə olunub. Ümid edirik ki, müvafiq tədbirlər görüləcək və belə hallar bir də baş verməyəcək".

 

Səfir Azərbaycandakı baş konsulun həbsdə olan İran vətəndaşı Həsən Fərəci ilə görüşdüyünü və məsələ ilə səfirliyin vəkilinin məşğul olduğunu diqqətə çatdırıb: "Araşdırmalar göstərir ki, H.Fərəci Azərbaycanda ticarətlə məşğul olub. Onun həbs edilməsi anlaşılmazlıqdır. Səfirlik onun azad edilməsi üçün səylərini davam etdirəcək".

 

Oktyabrın 31-də İran vətəndaşı Həsən Fərəci İsrailin Azərbaycandakı səfirliyinə gəlib. Özünü şübhəli apardığı üçün post-partul xidməti əməkdaşının diqqətini cəlb edib. Binada xidmət aparan polis baş serjantı Vüsal Mirzəyev həmin şəxsi saxlamağa cəhd edib. Lakin İran vətəndaşı polisin qanuni tələbinə məhəl qoymayıb və qarşıdurma yaradıb. Daha sonra Həsən Fərəci saxlanılaraq polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim H.Fərəcini 30 sutka həbs cəzasına məhkum edib. Hazırda Həsən Fərəcinin İsrail səfirliyinə gəlməsinin məqsədi və digər maraqlı məqamlar araşdırılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti