İran sərhəd bölgəsinə müşahidəçi göndərməyə hazır olduğunu deyib

13:04 | 04.10.2023
İran sərhəd bölgəsinə müşahidəçi göndərməyə hazır olduğunu deyib

İran sərhəd bölgəsinə müşahidəçi göndərməyə hazır olduğunu deyib

İran Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır. Bu barədə İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib. 

"Cənubi Qafqaz regionunda gərginliyin saxlanması təkcə Ermənistan və Azərbaycanın deyil, regionun digər ölkələrinin də maraqlarına uyğun deyil”, - Tasnim agentliyi Baqiriyə istinadan yazıb. 
 
Hazırda Qarabağda Rusiyanın sülhməramlı kontingenti var. Onlar 2020-ci ildə imzalanan üçtərəfli bəyanata uyğun olaraq bölgədə 5 il müddətinə qala bilər. 
 
Bir neçə gün öncə BMT-nin müşahidə missiyası 30 ildən sonra Qarabağa gəlib. 
 
Bundan əvvəl İranın XİN rəsmisi Nasser Kanani Chafi açıqlama verərək bildirib ki, İran Qarabağ "qaçqınlarına yardım" göndərməyi planlayır. 

Qarabağə tərk edən erməni vətəndaşlarına ABŞ 11,5 milyon dollar, İtaliya 4 milyon avro göndərdiyini açıqlayıb. 
 
Fransa isə bir neçə dəfə "humanitar yardım" göndərdiyi elan edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti