İran tərəfindən sərhədi pozan iki nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti martın 31-i gecə saatlarında Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan dövlət sərhədinin pozulduğu barədə məlumat yayıb.
Dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən 2 (iki) nəfər saxlanılıb.
Bunlardan birinin İran vətəndaşı Cavad Rəcəbi, digərinin isə Əfqanıstan vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olduqları müəyyən edilib.
www.anews.az