İran uran ehtiyatını yox etdi

18:00 | 24.05.2014
İran uran ehtiyatını yox etdi

İran uran ehtiyatını yox etdi

BAEA yenə də İranın nüvə proqramının hərbi bölümü barədə narahatlıq keçirir

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bildirib ki, İran demək olar ki, bütün zənginləşdirilmiş uran eyhtiyatını yox edib. 

ANS PRESS-in məlumatına görə, BAEA-nın rüblük hesabatında qeyd edilib ki, Tehran əlində olan ehtiyatların yox edilməsi istiqamətində öhdəliklərini yerinə yetirir. Təşkilat vurğulayıb ki, İranın 20 faizə qədər zənginləşdirilmiş uran ehtiyatları 209 kiloqramdan 39 kiloqrama qədər azalıb. Cari istehsalata gəldikdə isə artıq İran uranı 5 faizdən artıq zənginləşdirmir. BAEA bildirib ki, İran nüvə yanacağını yalnız dinc məqsədlə istifadə edir. 

İran ilk dəfədir ki, BAEA-ya texniki göstəricilərini təqdim edir. Yoxlamaların müsbət nəticələrinə baxmayaraq, BAEA yenə də İranın nüvə proqramının hərbi bölümü barədə narahatlıq keçirir. Buna görə də agentlik Parçində yerləşən və nüvə sınaqlarının keçirilməsi mümkün olan obyektdə araşdırma aparmaq niyyətindədir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti